Yeni qəpiklər buraxıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yeni qəpiklər buraxıldı - FOTO

İqtisadiyyat

27 İyul 2022 11:20 3932


Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb.

Bu barədə AMB-dən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Xatırladaq ki, onlar, dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunmaqla, 20 qəpiklik metal pul nişanları ilə birlikdə yenilənib. Ötən ilin dekabr ayından 20 qəpiklik pullar tədavülə buraxılıb. Dördpendirli pizza

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanlarına uyğundur, onlarla paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!