Yeni stansiyaya Polad Həşimovun adı veriləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Yeni stansiyaya Polad Həşimovun adı veriləcəkmi?

Hadisə

15 Oktyabr 2020 13:35 1087


"Metronun şərti adı "B-3" olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur: Toyuqlu pizza

"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!