Elm adamları insan baxışlarını izləyərək onların nə demək istədiyini müəyyən edən süni intellekt əsaslı yeni bir texnologiya üzərində çalışır. Yeni sistem vasitəsilə insanlar artıq sadəcə göz hərəkətləri ilə "danışa" biləcəklər.
Yenisabah.az xəbər verir ki, bu yenilik İsveçrədəki Cenevrə Universitetində həyata keçirilən araşdırma çərçivəsində mümkün olub. Tədqiqatçılar beyindəki sinir siqnallarını analiz edən və bu siqnallara əsasən insanın nə demək istədiyini müəyyən edən bir alqoritm hazırlayıblar. Alimlər bildirirlər ki, bu texnologiya, xüsusilə danışmaq və ya hərəkət etmək imkanları məhdud olan insanlar üçün böyük bir ünsiyyət vasitəsinə çevrilə bilər.
Layihənin rəhbəri prof. Marian Chetouaninin sözlərinə görə, bu üsul “baxış dili”nin inkişafına səbəb ola bilər. “İnsanlar artıq yalnız gözlərinin hərəkəti ilə fikirlərini ifadə edə biləcəklər. Bu, ünsiyyətdə yeni bir dövrün başlanğıcıdır,” – deyə o bildirib. pizza
Tədqiqat qrupu, süni intellektin insan baxışlarının istiqamətini və tezliyini analiz edərək hansı söz və ya ifadənin uyğun olduğunu müəyyən etdiyini açıqlayıb. Sistem, istifadəçinin baxışları vasitəsilə qarşısındakı şəxsə “bəli”, “xeyr”, “yardım istəyirəm” kimi sadə, amma həyati əhəmiyyətli mesajları ötürməsini təmin edir.
Alimlər yaxın gələcəkdə bu texnologiyanın daha da inkişaf etdirilərək, daha kompleks cümlələri və fikirləri ifadə etməyə imkan verəcəyini bildirirlər.
Xatırladaq ki, bu cür texnologiyalar xüsusilə iflic keçirmiş və ya nitq qabiliyyətini itirmiş şəxslərin gündəlik həyatını asanlaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Aydan Hacı
Telegram kanalımız