Yeni təyin edilən nazir kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Sosial

21 May 2025 11:34 27258


Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

“Yeni Sabah” yeni təyin edilən nazirin dosyesini təqdim edir.

O, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. Pepperoni pizza

2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Rafail Quliyev əvvəllər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.

Ailəlidir, 4 övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!