Yeni təyinat alan İbrahim Məmmədov ARB-dən ayrılmayacaq - Kanaldan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyinat alan İbrahim Məmmədov ARB-dən ayrılmayacaq - Kanaldan açıqlama

Sosial

21 Noyabr 2019 10:38 1328


“ARB TV”​ kanalın sədr müavini İbrahim Məmmədovun yeni təyinatı ilə bağlı məlumat yayıb.

"Yeni Sabah"a daxil olan məlumatda qeyd edilir ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin Mətbuat xidmətinə rəhbər təyin olunan İbrahim Məmmədov telekanaldan ayrılmayıb:

“İbrahim Məmmədov telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. “ARB Media Qrup”da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə “ARB TV” və “ARB24”də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!