Yeni tikilən binaların internet dərdi: Süni monopoliya...

saytların hazırlanması

Evə çatdırılma

Yeni tikilən binaların internet dərdi: Süni monopoliya...

İqtisadiyyat

05 Oktyabr 2022 15:30 2284


Azərbaycanda internetin sürəti ilə bağlı problem uzun illərdir gündəmdədir və bu da heç bir zaman səngimək bilməyib. İstehlakçıların çoxu internetin sürətindən, bəziləri isə qiymətindən narazılıqlarını hər zaman qeyd ediblər. 

Belə ki, Azərbaycanda ən aşağı fiber-optik internetin aylıq ödənişi 18-20 AZN civarında təşkil etsə də, provayder şirkətlərin bu qiymət müqabilində təklif etdikləri sürət bir-birilərindən fərqlənir. Məsələn, ayda 18 AZN-ə 36 Mbps internet təklif edən bir şirkətə alternativ olaraq, ayda 19 AZN-ə 50 Mbps sürət təklif edən şirkətlər də mövcuddur.

Nəzərə alsaq ki, Azərbaycanda hər bir provayderin xidmət göstəriciləri özünəməxsus və fərqlidir, deməli, burada qiymət və sürət arasında da fərqli təkliflər irəli sürülə bilər. pizza sifarişi

Lakin burada amma mövcuddur: Amması isə odur ki, köhnə sovet tikilisi olan binalarda tələb-təklif prinsiplərinə uyğun olaraq 3-4 provayderin ötürücü qutuları qoyulsa da, yeni tikilən MTK-larda bu mənzərə fərqlidir. Belə ki, sakinləri istehlakçı hüquqlarından məhrum edən MTK-lar onları yalnız 1 provayderin xidməti ilə təmin edəcəyini bildirirlər. Sözsüz ki, internet hava və su kimi dövrümüzün ən vacib tələbatlarından biridir deyə bir çox sakinlər də MTK rəhbərinin onların qarşısına qoyduğu şərti çox hallarda qəbul edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan IT üzrə mütəxəssis Elvin Abbasov düşünür ki, bu sahədə iqtisadi çalarları da nəzərə almalıyıq:

“İqtisadi çalarlar da odur ki, misal üçün bir binada 100 dənə ailə təsərrüfatı var və oraya özəl provayder şirkətinin qoyduğu infrastruktur 5 və ya 6 olsa, onları biznes olaraq da qane etməyəcək. Amma təbii ki, vətəndaşın da seçim hüququ olmalıdır. Nəzərə alaq ki, hər bir provayderin hər bir yerdə öz IT strukturlarını qurmaq onlar üçün əlavə bir maliyyə yükü yaradır. Hər binada hər provayderin olması isə biznes baxımından onları qane etmir”.

Onun sözlərinə görə, binada ən az 2 və ya 3 provayderin olması isə təbii ki, vətəndaşın seçim haqqı şansını da özündə cəmləşdirir:

“Amma biz belə düşünsək ki, hər bir provayder hər binada olsun, belə olan halda bu, biznes baxımından, ümumiyyətlə, düzgün deyil. Çünki onların özü belə buna maliyyə yükü qoyub hər bir binada öz xidmətlərini təkrar edə bilməyəcəklər. İstənilən halda müəyyən bölgülər olmalıdır və bölgülər üzərinə onların bir binada ən az 2-3 fərqli seçim daxil olmaqla xidmət göstərməsi daha uyğundur. 

Çünki Azərbaycanda Türkiyə və başqa Avropa ölkələrindəki kimi site binaları azdır. Bu tip yerlərdə ən az 4 dənə provayder ola bilər. Lakin köhnə sovet binalarının keçid məntəqəsi tək olduğu üçün o binaya ayrı infrastruktur qoyulması lazım olur və bu da müəyyən maliyyə yükü yaradır”.

“Ona görə də biz bu fikirləri səsləndirəndə şirkətlərə də sərfəliliyi düşünməliyik. Çünki binalarda əlavə öz infrastrukturlarını qurmaq, oraya fiber-optik çəkmək, o fiber-optiklərin üstünə kommunikator avadanlıqlarını qoymaq əlavə bir yükdür. Nə qədər bu düzdür ki, hər şirkət hər yerdə bu xidməti məcburi şəkildə göstərsin?”, – vurğulayıb.

Mütəxəssis vurğulayıb ki, burada seçim hüququ mütləq olmalıdır:

“Amma şəhər arxitekturasını və maliyyə göstəricilərini nəzərə alaraq belə bir hüquq qoyula bilər. Bunun üçün həmin o provayderlərə dövlət də təşviq yaratmalıdır. Yəni dövlət istəyirsə ki, vətəndaşlarda seçim hüququ olsun, provayderləri inkişaf etdirməlidir. 

Çünki Azərbaycandakı provayderlərin hamısı hər binada infrastruktur quracaq qədər güclü maliyyə resurslarına və dayanıqlılığa malik deyillər. Onun üçün bu məsələ bir çox perspektivdən nəzərə alınmalıdır”.

IT üzrə mütəxəssis Fərhad Mirəliyev isə deyib ki, bununla bağlı məsələlər onsuz da zaman-zaman gündəmə gəlir:

“Bildiyiniz kimi, fərdi qaydada hansısa bir provayder gəlir və həmin binanın komendantı ilə anlaşır. Anlaşandan sonra da razılaşırlar ki, bu qədər sənə aylıq, yaxud rüblük məvacib və ya bəxşiş olacaq. Amma sən digər provayderlə üçün azad rəqabəti ləğv et və onların buraya girişini məhdudlaşdır. Bu da ikitərəfli formada olur”.

F. Mehrəliyəv əlavə edib ki, sakinlərin də öz hüquqlarını bilməməsi və 6 aydan sonra özlərinin müstəqil şəkildə yığışıb MTK-nın səlahiyyətlərinə xitam verməməsi, özlərinin idarəçiliyini təşkil etməməsi dolayısı yolla gətirib belə hallara çıxarır:

“Bu məsələ yalnız bir qaydada ola bilər ki, sakinlər bir yerdə toplanırlar. Çünki həmin ərazidə xidmət göstərən provayderlərin ofisləri olur bəzən. Onlar həmin ofislərə müraciət edirlər ki, sizdən xahiş edirik ki, filan-filan binada özünüzə aid infrastrukturunuzu qurun və biz bunun üçün sizə şərait yaradacağıq. 

Yəni burada bir nəfər yox, bir çox sakinlər çıxış edir. Yaxud MTK ilə işlərini bitiriblərsə və özlərinin idarəçiliyini orada təşkil ediblərsə, həmin o nümayəndə onların adından çıxış edə bilər”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!