“Yeni transferlər gözlənilir” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Yeni transferlər gözlənilir” - Qurban Qurbanov

İdman

13 Dekabr 2021 16:49 729


“Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadənin transferi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, 21 yaşlı hücumçunun böyük potenasialı var: "Onun oyununu həm yığmada, həm də klubunda izləmişəm. Ancaq Əhmədzadəni komandaya götürməklə bütün işimiz düzəlmir. Belə potensiallı uşaqların bacarığını üzə çıxarmağı çox istərdim. pizza hut

Açığı, hələ rəsmi müqavilə imzalanmayıb. Klubu ilə razılıq əldə olunub. Özü ilə danışıqlar davam edir. Hər şey qaydasında olduğu halda bir neçə günə rəsmiləşə bilər. Hər şey özündən asılı olacaq. Komandaya qoşulduqdan sonra onu daha yaxından tanıyacağam".

Q.Qurbanov qışda başqa transferlərin də olacağını bildirib: "Yeni transferlər gözlənilir. Qış fasiləsi ən çətin dönəmdir. Ötən yaydan danışıqlar apardığımız oyunçular var". (qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!