Yeni virus təşvişi: 4 mindən çox yoluxma qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Yeni virus təşvişi: 4 mindən çox yoluxma qeydə alınıb

Dünya

26 İyul 2025 10:33 442


Çində yayılmağa başlayan yeni virus panikaya səbəb olub.

Yenisabah.az xəbər verir ki, ölkənin şimalındakı Tyanşui şəhərində yayılmağa başlayan “sıtma bənzəri” infeksiya 4 mindən çox insana yoluxub. Yerli səhiyyə orqanlarının verdiyi məlumata görə, xəstələrdə əsasən hərarət, titrətmə, halsızlıq və əzələ ağrıları müşahidə olunur.

Virusun əsasən “Anopheles” adlı ağcaqanad növü vasitəsilə yayıldığı bildirilib. Çin Xalq Səhiyyəsi Mərkəzi və Tyanşui Bələdiyyəsi birgə tədbirlər görərək bölgədə fövqəladə dezinfeksiya işlərinə başlayıb. Yoluxmanın sürətlə artması və yayılma potensialı ölkədə ciddi narahatlıq yaradıb. Marqarita pizza

Rəsmilər hazırda xəstəliyin tam adı və mənşəyini dəqiqləşdirməyə çalışır. Bununla belə, mütəxəssislər bu virusun sıtma ilə oxşar simptomlar göstərdiyini və ağcaqanadlar vasitəsilə yayıldığını təsdiqləyiblər.

Hazırda xəstəliyin yayılmasının qarşısını almaq üçün bölgədə karantin tədbirləri müzakirə olunur. Sakinlərdən evlərini tərk etməmələri və şəxsi gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!