Yeni Yasamal sakinlərinə   ŞAD XƏBƏR - “Yaxın zamanda...”

saytların hazırlanması

Evə çatdırılma

Yeni Yasamal sakinlərinə ŞAD XƏBƏR - “Yaxın zamanda...”

Sosial

12 Fevral 2025 17:29 6698


Yasamal rayonu, Əsəd Əhmədov küçəsində piyada keçidinin zolaqlarının bir qismi silinib. Bu səbəbdən sakinlər xüsusilə günün axşam və gecə saatlarında hərəkət zamanı ciddi çətinliklərlə üzləşirlər. 

 Yenisabah.az problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən münasibət öyrənib. Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, yaxın zamanda həmin ərazidə piyada zolağı yenilənəcək:

“Yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Yaxın zamanda sözügedən ərazidə də piyada zolağı yenilənəcək”. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seadet
    Salam zəhmət olmasa yeni yasamalda leziz houzun qarşısina da zolaq cekilse yaxsi olar mümkünse xahisimizi nezere alsinlar
    1 year ago