Yeni Yasamalda yanğın: 12 nəfər zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Yeni Yasamalda yanğın: 12 nəfər zəhərləndi

Hadisə

31 Oktyabr 2024 17:23 897


Yeni Yasamalda, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 12 nəfər tüstüdən zəhərlənib.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. pizza sifarişi

TƏBİB-in məlumatına görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!