“Yeni yol salınacaq” – BNA-dan   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yeni yol salınacaq” – BNA-dan - Açıqlama

Sosial

25 Sentyabr 2019 16:15 1326


“Bakının yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb”.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında BNA sədri Vüsal Kərimli deyib.

Vüsal Kərimli bildirib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Pepperoni pizza

“Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur”, - deyə BNA sədri əlavə edib.

Diqqətə çatdırılıb ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!