Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan iddialara dair rəsmi açıqlama verilib.
Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Yenisabah.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
M.Sadıqov qeyd edib ki, nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə hal baş verməyib. Dominos pizza
Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkə hesablarında Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
Telegram kanalımız