“Yəqin hardasa səhv etmişəm, Allah məni cəzalandırdı”   - Bəhram Bağırzadə

saytların hazırlanması

Evə çatdırılma

“Yəqin hardasa səhv etmişəm, Allah məni cəzalandırdı” - Bəhram Bağırzadə

Şou

16 Oktyabr 2020 18:18 1867


“Kəffarə günahların yuyulması deməkdir. Yəqin hardasa səhv etmişəm, nəyisə düzgün eləməmişəm, Allah məni belə cəzalandırdı”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə  Teleqraf.com-a müsahibəsində deyib.

O koronavirusu çox ağır keçirdiyini və Allahın onu nəyəsə görə cəzalandırdığını düşündüyünü bildirib: Dördpendirli pizza

“O dünyaya getdim, qayıtdım, 20 gün komada, 32 gün xəstəxanada qaldım. Ümumilikdə 52 gün... Heç vaxt xəstələnməyən və xəstəxanaya düşməyən adam, birdən-birə hər şey üst-üstə gəldi, klinikaya düşdüm. Açığı, şok vəziyyətində idim. Koronavirusa yoluxmadan öncə özümü işə vermişdim. Günüm səhər saat 7-də başlayıb, gecə 2-də bitirdi. Hər gün “İnstagram”da saatlarla canlı yayımlar edirdim. Bu məni yordu, zəifliyimə görə koronavirusa yoluxdum və ən ağır mən keçirdim. Respublikada yeganə vətəndaşam ki, ECMO aparatına qoşdular, 20 gün komada oldum. Bu xəstəliyi mənim kimi ağır keçirən olmamışdı. Bu da yəqin ki, Allahın sınağı, imtahanı idi. Hər bir müsəlman dua etməlidir ki, Allah onun cəzasını bu dünyada versin, axirətə saxlamasın. Mən də dua edirəm ki, Allah bunu mənə kəffarə kimi yazsın”.

Xatırladaq ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!