Yeqoyan: Qanunun qəbulu dərhal Aİ-yə üzvlük deyil

saytların hazırlanması

Evə çatdırılma

Yeqoyan: Qanunun qəbulu dərhal Aİ-yə üzvlük deyil

Dünya

13 Fevral 2025 15:51 214


“Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentdə qəbul edilməsi ölkənin dərhal Aİ-yə üzv olacağı anlamına gəlmir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komitəsinin rəhbəri Arman Yeqoyan deyib.

O, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun reaksiyasını şərh edərkən bildirib ki, Ermənistanın 4 qonşusundan iki ölkə - Gürcüstan və Türkiyə bu struktura qoşulmağa namizəddir: pizza hut

“Ümumən 9 dövlət Aİ-yə mümkün üzvlük üçün namizəddir. Qanun layihəsinin qəbulu Aİ-yə üzv olmaq üçün namizəd statusunun alınması prosesinin başlanması deməkdir və siyasi danışıqların predmetidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!