Yer kürəsində yeni qitə formalaşır - Alimlər açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Yer kürəsində yeni qitə formalaşır - Alimlər açıqladı

Dünya

06 May 2025 08:27 301


Antarktida sahillərində yeni qitə formalaşır.

Publika.az xəbər verir ki, Avstraliya və Fransa alimləri Hind okeanının cənubunda, Antarktida yaxınlığında yeni qitənin əmələ gəlməsinin əlamətlərini aşkar ediblər.

“Terra Nova” jurnalında dərc olunan araşdırmaya görə, bu bölgədə gələcək torpağın əsası olan kontinental qabıq fəal şəkildə formalaşır. pizza hut

Süxurların tərkibinin təhlili göstərib ki, burada yer qabığının quruluşu tipik okean quruluşundan çox fərqlidir.

Tədqiqatçılar yüksək artım tempini qeyd ediblər - orta hesabla ildə 0,001 kub kilometr, bəzi ərazilərdə isə 0,8 kub kilometrə çatır.

Bu proseslər subduksiya zonalarında baş verir. Burada okean plitəsi kontinental plitənin altında hərəkət edir, süxurların əriməsinə və maqmanın əmələ gəlməsinə səbəb olur - bu isə qitələrin formalaşmasının ilk mərhələsidir.

Elm adamları hesab edirlər ki, yeni qabığın böyüməsi təxminən yeddi-on iki milyon il əvvəl başlayıb və hazırkı templə davam edərsə, bu ərazidə qitənin tamamilə formalaşması üçün təxminən bir bu qədər də vaxt lazımdır.

Kəşf Yerin geoloji fəaliyyətinin hətta planetin ən ucqar və zahirən sabit ərazilərində də davam etdiyini təsdiqləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!