Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Maraqlı

11 Yanvar 2021 14:00 1318


Astronomlar yaxın iki gün ərzində potensial təhlükəli olan “2020 WU5” asteroidinin Yer kürəsindən səkkiz milyon kilometr məsafədə keçəcəyini bildiriblər.

Yenisabah.az xəbər verir ki, onun orbitinin hərəkət trayektoriyası NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının saytında təqdim olunub.

“2020 WU5” asteroidi 2020-ci il noyabrın 29-da NEOWISE (Wield-Field Infrared Survey Explorer) kosmik teleskopu tərəfindən əldə edilmiş şəkillərdə aşkar edilib, dekabrın 4-də isə Beynəlxalq Astronomiya İttifaqının (IAU) Kiçik Planetlərin Elektron Sirkulyarına daxil edilib. Sezar pizza

Asteroid “Apollon” qrupuna – orbitləri xaricdən Yerin orbiti ilə kəsişən Yerətrafı obyektlərə aiddir. Alimlər asteroidin diametrinin 0,5-1,1 kilometr arasında olduğunu təxmin edirlər.

Yanvarın 13-dən 14-nə keçən gecə asteroidin Yerə ən yaxın məsafədə olacağı gözlənilir. Hesablanmış məlumatlara görə, onun parlaqlığı 12,9 ulduz böyüklüyündədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!