Yer kürəsinə yaxınlaşan komet parçalanmağa başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Yer kürəsinə yaxınlaşan komet parçalanmağa başlayıb

Dünya

09 Aprel 2020 17:05 693


Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb. 

Mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər. Sezar pizza

Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!