Yeravanda gərginlik: Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır

saytların hazırlanması

Evə çatdırılma

Yeravanda gərginlik: Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır

Rəsmi

08 Mart 2021 12:01 882


Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müaxlifət geri çəkilmək istəmir.

Yenisabah.az xəbər verir ki, müxalifəti birləşdirən “Vətənin xilası naminə” hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Baqramyan meydanına növbəti mitinq təyin edib. Hərəkat mitinq iştirakçılarının aksiyadan sonra erməni əsgərlərin kütləvi məzarlığına – “Yerablur”a gedəcəyini bəyan edib.

Bu arada Qarabağda “xidmət edən” 120-dən erməni hərbçi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyana dəstək nümayiş etdirib. Dördpendirli pizza

Bu barədə Ermənistanın "Aravot" qəzeti xəbər verir. Nəşr 124 zabitin Qasparyana dəstək bəyanatına imza atdığını qeyd edir.

Xatırladaq ki, bundan əvvəl prezident Armen Sarkisyan Baş Qərargah rəisinin istefası haqqında fərmanı imzalamaqdan imtina etmiş, lakin Onik Qasparyanın  avtomatik istefasını nəzərdə tutan fərman layihəsini Konstitusiya Məhkəməsinə də göndərməmişdi.

Modern.az yazır ki, qanuna görə, qeyri-iş günləri nəzərə alınaraq, Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyət müddəti 9 martda başa çatır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!