Yerevan təkzib etdi: “Erməni kəndləri Azərbaycana verilməyəcək“

saytların hazırlanması

Evə çatdırılma

Yerevan təkzib etdi: “Erməni kəndləri Azərbaycana verilməyəcək“

Rəsmi

20 May 2021 14:05 1682


Ermənistanın baş naziri yanında Diaspor İşləri üzrə Ali Komissar Zara Sinanyan jurnalistlərə açıqlamasında bildirib ki, hökumət iclasında Tavuş və Ararat bölgələrindəki bir sıra kəndlərin Azərbaycana verilməsi barədə heç bir sənədin müzakirə olunmayıb.

Yenisabah.az xəbər verir ki, komissar Ermənistan ərazilərinin verilməsindən söhbət gedə bilməyəcəyini deyib.

Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri və eks-prezidentin kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində sərhəd və ərazi güzəştlərinin yeni prinsipləri ilə razılaşdığını söyləyib. Dəlil olaraq isə təsdiq mərhələsində olduğunu iddia etdiyi üçtərəfli bir sənəd yerləşdirib. Eyni zamanda, Minasyan sənədin gizli bir hissəsinin də olduğunu iddia edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!