Ermənistan Rusiya ilə turistlər üçün Dağlıq Qarabağ ərazisinə yeni giriş rejiminin təşkilini müzakirə edib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Qeyd edilib ki, məsələ ilə bağlı Ermənistanın Diaspor İşləri üzrə Baş Səlahiyyətli nümayəndəsi Zare Sinanyan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Sinanyan görüşdən sonra “Ria Novosti”yə danışıb. Dördpendirli pizza
“Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayıblar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar Dağlıq Qarabağı da ziyarət etməyi sevirlər. Gələn yay da bir çox insan Dağlıq Qarabağa getmək istəyə bilər. Lakin mövcud vəziyyətlə əlaqədar bunu etmələri mümkün olmayacaq”,-deyə o əlavə edib.
O qeyd edib ki, söhbət Xankəndi, Ağdərə və erməni tərəfinin, həmçinin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən gedir:
“İndi yeni rejim elədir ki, Dağlıq Qarabağın Ermənistandakı nümayəndəliyinə səfərdən yeddi gün əvvəl bir ərizə təqdim etməli, siyahı rus sülhməramlılarına təhvil verilməlidir. Bundan sonra kimin gəlib, kimin gəlməyəcəyinə qərar verilir”.
Telegram kanalımız