Yerevanda əsgər valideynləri aksiya keçirdi -   Hərbçilərin məqsədli “itirilməsi“ ittihamı səsləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda əsgər valideynləri aksiya keçirdi - Hərbçilərin məqsədli “itirilməsi“ ittihamı səsləndirildi

Dünya

31 Mart 2021 17:53 814


Yerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin valideynləri növbəti aksiya keçirib.

Yenisabah.az-ın məlumatına görə, etirazçılar Ermənistan parlamentinin qarşısında toplaşıb.

Jurnalistlərlə söhbət edərkən bəzi valideynlər övladlarının cəbhə zonasında qəsdən "itirildiklərini" iddia edib. Valideynlər bildirib ki, əsgərlər çox şeylər bildikləri üçün yoxa çıxarılıb. pizza sifarişi

Etiraz aksiyasında Xocavənd və Hadrut istiqamətlərində itkin düşmüş 120-dən çox hərbçinin valideynləri iştirak edib. (Trend)

Qeyd edək ki, Ermənistanda itkin hərbçilərin yaxınlarının aksiyaları ötən ilin noyabrından etibarən davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!