Yerevanda məktub qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda məktub qalmaqalı

Dünya

27 Oktyabr 2020 14:53 2374


Azərbaycanın işğal atlında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Qraparak” məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda “hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb. pizza mizza

Xatırladılıb ki, oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: “Ancaq dinc vaxtlarda o, Rusiyanın “persona non-qrata” (“arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı “vəzifə"yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!