Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək

Dünya

19 Yanvar 2021 10:04 897


Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.

Yenisabah.az “News.am”a istinadən xəbər verir, bu barədə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında qeyd olunub:

“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq. Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarına xəyanət sərhəd tanımır". (Report) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!