Yerevanda müxalifətçi avtomobilindən zorla çıxarılıb həbs edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda müxalifətçi avtomobilindən zorla çıxarılıb həbs edildi - Video

Hadisə

17 Yanvar 2021 23:01 887


Ermənistanın müxalif “Vətən” Partiyasının üzvü David Baqdasaryan Yerevanda saxlanılıb.

Yenisabah.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Partiyanın mətbuat katibi Sos Akopyan feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, müxalifətçini avtomobil yarışı bitdikdən sonra qanunsuz olaraq saxlayıblar. Yarış iştirakçıları Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlərmiş. Marqarita pizza

Akopyanın paylaşdığı insident videosundan aydın görünür ki, hüquq-mühafizə orqanları əməkdaşları Baqdasaryanı avtomobilindən zorla çıxarıb və polis maşınına əyləşdiriblər. Müxalifətçi müqaviət göstərirdi və Paşinyana qarşı şüarlar səsləndirirdi.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!