Yerevanda etirazçılar meydanlarda gecələyir

saytların hazırlanması

Evə çatdırılma

Yerevanda etirazçılar meydanlarda gecələyir

Dünya

27 Fevral 2021 13:39 754


Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar, müxalifət nümayəndələri ikinci gecə ard-arda meydanlarda gecələyib.

Yenisabah.az-ın məlumatına görə, parlament binası yaxınlığında çadırlar qurulub. Çadırların sayının artmaqda olduğu deyilir.

Eyni zamanda müxalifət bu gün növbəti etiraz aksiyasının planlaşdırıldığı elan edib. Dominos pizza

Qeyd edək ki, ötən ilin noyabrından N.Paşinyanın istefası tələbi ilə başlayan mitinqlər fevralın 25-dən yenidən intensivləşib. Həmin gün Ermənistan ordusunun Baş Qərargah rəisi də daxil olmaqla 40 zabit baş nazirin istefasını tələb edib. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!