Yerevandakı aksiya nəzarətdən çıxır -   Etirazçılar Paşinyanı linç etmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Yerevandakı aksiya nəzarətdən çıxır - Etirazçılar Paşinyanı linç etmək istəyir

Siyasət

11 Noyabr 2020 17:10 2129


Ermənistanda 17 siyasi təşkilatın Yerevandakı Azadlıq meydanında keçirdiyi etiraz aksiyası nəzarətdən çıxır.

Yenisabah.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyanın iştirakçıları Nazirlər Kabinetinə doğru irəliləməyə başlayıblar.

“ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan deyib ki, Ermənistanda artıq Nazirlər Kabineti yoxdur. “Biz həmçinin tələb edirik ki, təcili parlamentin iclası çağırılsın”, - deyə o qeyd edib. Pepperoni pizza

Nazirlər Kabinetinin binası polislərlə əhatələnib.

Aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru irəliləməsi təsadüfi deyil. Səhər saatlarında baş nazir Nikol Paşinyanın orada gizləndiyi barədə məlumat yayılıb. Bəzi iddialara görə, aksiya iştirakçıları baş naziri linç etmək üçün Nazirlər Kabinetinə doğru gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!