Tez-tez bişirdiyi yeməklərlə gündəmə gələn müğənni Rəqsanə İsmayılova yenə izləyicilərin marağına səbəb olub.
Yenisabah.az xəbər verir ki, uzun müddətdir Moskvaya köçərək orada fəaliyyət göstərən ifaçı sosial şəbəkə hesabında evindən görüntülər paylaşıb.
Yemək süfrəsi açan Rəqsanə ev işlərini sevdiyini bildirib: pizza
“Nuş olsun, Allah qadını yaradıb ev üçün. Vallah, sevirəm evdə bişirim-düşürüm, yuyum, təmizləyim. Min şükürlər olsun Allahıma, mənə bu qabiliyyəti də verib. Bir də həmişə arzum olub evimin qadını, xanımı, yeri gəlsə, nökəri olum. Kişi qazanıb gətirər, qadın da bax belə hazırlayar. Bura restoran yox, evimizdir. Həyət evi olduğu üçün qış mətbəxidir həyətdə. O ki, qaldı ofisiant işləməyə, bu, ayıb deyil. Bizim evdə 5 nəfərə yaxın insan çalışır. 5 nəfərdən çox özümüzük. Bu qədər insan üçün də yemək bişməlidir. Bir də evdə nə hazırlasam, restoranda çalışanlarımıza da yollayıram”.
İzləyicilər müğənninin bu qabiliyyətini tərif yağışına tutublar.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız