Yerin ən yaşlı adamı doğum gününü qeyd edir

saytların hazırlanması

Evə çatdırılma

Yerin ən yaşlı adamı doğum gününü qeyd edir

Dünya

02 Yanvar 2021 10:59 678


Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, məlumatı yerli NHK telekanalı yayıb.

Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib. pizza mizza

Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın 11-də isə arabada 200 metrlik məsafəyə qaçışda iştirak edəcək.

Tanakanın 2020-ci ildə pandemiyaya görə təxirə salınan estafetdə də iştirakı planlaşdırılmışdı.

Qeyd edək ki, koronavirusa görə 2020-ci ildə təxirə salınan Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23- avqustun 8-də Tokioda keçiriləcək. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!