“Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel həmkarı Elnarə Xəlilova barədə danışan həkimi tənqid edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə sözügedən həkimin görüntülərini paylaşan ifaçı onun müğənniləri təhqir etməsinə sərt reaksiya verib:
“Bu xanım dediyinə görə həkimdir. Deyəsən, həkim xalatını çıxarıb müğənni olmaq istəyir. Müğənnilik sənəti sizin aşağıladığınız, alçaltdığınız, ləkələdiyiniz qədər pis sənət deyil. Müğənnilik sənəti şərəfli peşədir ki, Azərbaycanı ən çox müğənnilər və idmançılar təmsil edir. Siz özünüzə hörmət etmirsiniz, mən bunu heç bir həkimə yaraşdırmıram, onlar etikadan kənar danışmaz. Son vaxtlar kimin nə problemi olur çıxır müğənniləri günahkar bilir. Bəsdir, bu nə deməkdir? Müğənnilərin daşı niyə bu qədər ağırdır? Koronanı Azərbaycana müğənnilər gətirib elə bil. Sizin nə haqqınız var müğənniyə nəsə deyirsiniz, onların şərəf və ləyaqətini alçaldırsınız. Onlar da azərbaycanlıdır. Bu cürəti hardan alırsınız ki, müğənniləri bu qədər alçaldırsınız? Yerindən duran bizə söz atır. Ayıbdır, özünüzə hörmət edin”. pizza sifarişi
Xatırladaq ki, bir müddət əvvəl izləyicilərindən birinin (tibb işçisi olduğu ehtimal edilir) Elnarə Xəlilovanın paylaşımına irad bildirməsi onun bütün həkimləri tənqid və ittiham etməsi ilə nəticələnmişdi.
O, “Səviyyəsiz də varsan! Axmağın biri axmaq. Həkimin canı da çıxmalıdır, baxmalıdır xəstəyə” - deyə reaksiya verərək, təhqiramiz ifadələr işlətmişdi.) 8 Авг 2020 в 10:47 PDT
Telegram kanalımız