Yermakın ofisində əcaib əşyalar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Yermakın ofisində əcaib əşyalar tapıldı

Dünya

06 Dekabr 2025 09:27 478


Ukraynada Andriy Yermakın ofisində aparılan axtarış zamanı külli miqdarda gizli əşyalar aşkar edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenskiyə yaxın ukraynalı bloqçu İqor Laçenkov öz "Telegram" kanalında məlumat yayıb.

Ofisdə vudu kuklası, çoxlu güzgü, ritual əşyalar, qəribə ikona və bilərziklər tapılıb. pizza

Laçenkov qeyd edib ki, Yermak “taro, numerologiya, astrologiya və qara magiya həvəskarıdır”.

Bloqçunun sözlərinə görə, bu, zarafat deyil: “hamı şokda idi”, çünki bu cür tapıntılar əvvəllər heç vaxt görülməyib.

Daha əvvəl Ukraynanın “Zerkalo Nedeli” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Yermak Ukrayna Xarici Kəşfiyyat Xidmətinə (SVRU) baş çəkib, jurnalistlərin fikrincə, onn sərhədi keçməsi ilə bağlı sənədlər hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!