Yerusəlimdə terror aktı törədildi - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Yerusəlimdə terror aktı törədildi - Ölənlər var

Dünya

08 Sentyabr 2025 13:40 210


Yerusəlimin Ramot bölgəsində faciəvi terror aktı baş verib.

Yenisabah.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, naməlum silahlı şəxslər şəhərin Ramot qəsəbəsində hərəkət edən sərnişin avtobusu üzərinə atəş açıblar. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcəli yaralanmalarla xəstəxanaya yerləşdirilib. Yaralılar arasında həm mülki vətəndaşlar, həm də uşaqlar olduğu bildirilir.

İsrail təhlükəsizlik qüvvələri hadisə yerinə dərhal çataraq əməliyyat keçirib. Təhlükəsizlik mənbələrinin açıqlamasına görə, 2 şübhəli hücumçu atəş açılarkən zərərsizləşdirilib. Hadisənin motivləri hələlik dəqiqləşdirilməyib, polis və kəşfiyyat qurumları geniş araşdırmalara başlayıb. Dördpendirli pizza

Rəsmilər sakinlərdən ərazidən uzaq durmağı və ictimai nəqliyyatdan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edirlər. Yerli və beynəlxalq media, hadisənin səbəbləri və terrorçuların kimliyi barədə ətraflı məlumat toplamaqda davam edir.

Bu faciəvi insident  ölkə əhalisi arasında böyük narahatlıq yaradıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!