Yetkinlik yaşına çatmayan qızı zorladı   - Məhkəmədə cavab verəcək

saytların hazırlanması

Evə çatdırılma

Yetkinlik yaşına çatmayan qızı zorladı - Məhkəmədə cavab verəcək

Kriminal

13 Aprel 2020 17:36 950


Suraxanı Rayon Məhkəməsində on altı yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təsirləndirilən Əhmədov Elşad Tofiq oğlunun məhkəmə prosesinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib və hakim Elnur Nuriyevin icraatına verilib. Cinayət işində zərərçəkmiş qismində S.Ə.Elman qızı tanınıb. 

Qeyd edək ki, 2003-cü il təvəlldülü S.Ə.Elman qızı Hövsan qəsəbəsində yaşayır. Onun 2018-ci ildə məktəbdən çıxaraq evə gəlməməsi ilə bağlı valideyinləri tərəfindən polisə ərizə də daxil olub. Həmin vaxt yetkinlik yaşına çatmayan qız polis tərəfindən tapılaraq valideyinlərinə təhvil verilmişdi. Elşad Əhmədovun günahı sübuta yetirilərsə onu 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.  Dördpendirli pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!