Yevlax sakini itkin düşdü    - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yevlax sakini itkin düşdü  - Foto

Hadisə

14 İyun 2021 11:03 785


Yevlax sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub. pizza

R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", Mətbuat xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!