Yevlax sakinindən 7 kilodan çox narkotik tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Yevlax sakinindən 7 kilodan çox narkotik tapıldı

Kriminal

11 İyun 2021 11:31 739


Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb. Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb. 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində  araşdırmalar davam etdirilir.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!