Yevlax sakinindən 78 kq narkotik maddə götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Yevlax sakinindən 78 kq narkotik maddə götürüldü

Kriminal

20 İyul 2022 14:35 964


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha bir nəfər saxlanılıb. 

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, nəticədə qanunsuz dövriyyədən 78 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Belə ki, Baş İdarəyə Yevlax rayon sakini Seymur Hüseynovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan biri olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb. Onun qanunsuz əməlləri və xarici ölkələrdə yaşayan narkotacirlərlə əlaqələri əməliyyat-texniki tədbirlərlə tam sübuta yertirilib. Həmin şəxs qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni həmin narkotacirin göstərişi ilə Füzuli rayonunun, Araz Dilağarda kəndi ərazisində qəbul edib Yevlaxa gətirən zaman Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. pizza sifarişi

Seymur Hüseynovun üzərinə, həmçinin idarə etdiyi “Lifan” markalı avtomobilə baxış zamanı ümumilikdə 78 kiloqram, o cümlədən 47 kiloqram heroin, 26 kiloqram marixuana, 4 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 500 ədəd psixotrop tərkibli satışı qardağan edilən metadon həbi aşkar edilib. Aparılan araşdırmalarla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Seymur Hüseynovun Birinci Qarabağ müharibəsi əlili olduğu, narkotiklərin daşınmasında istifadə etdiyi avtomobilin isə ona dövlət tərəfindən verildiyi müəyyən edilib.

Qeyd edək ki, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarından yayınmağa çalışıb və ehtiyatsızlıqdan idarəetməni itirərək qəza törədib. Qəza zamanı sürücü hər hansı bir xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Seymur Hüseynovun xaric və ölkə daxilindəki cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!