Yevlax şəhərində ağacəkmə aksiyası keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yevlax şəhərində ağacəkmə aksiyası keçirildi - Foto

Sosial

07 Mart 2020 13:08 733


Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində tövsiyə və göstərişlərinə uyğun olaraq həyata keçirilən işlər Yevlax şəhərində də davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, 07 mart 2020-ci il tarixdə Yevlax Şəhər  İcra Hakimiyyətinin, Şəhər Yaşıllaşdırma Müəssisəsi və İşıqlandırma İdarəsinin kollektivləri Səməd Vurğun parkında və Səməd Vurğun küçəsi boyunca növbəti ağacəkmə aksiyasında iştirak ediblər. 

Aksiya zamanı  550 ədəd Eldar şamı və Xan çinar  ağacları əkilib. Həmçinin əvvəl əkilən ağaclara qulluq edilib. pizza

Burada  əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub və il boyu bu ağaclara qulluq məsələləri müvafiq qurumlar tərəfindən nəzarətə alınıb.

Movsüm ərzində Yevlax şəhərində ağacəkmə və təmizlik-abadlıqla bağlı aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!