Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Xaldan qəsəbəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan Çin istehsalı olan “Great wall” markalı avtomobil aşıb. Pepperoni pizza
Qəza nəticəsində ağır kəllə-beyin travması alan rayon sakini, 1994-cü il təvəllüdlü Musayev Vüqar Musa oğlu rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA




Telegram kanalımız