Yevlaxda qadın “Vito”nun altında qalaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda qadın “Vito”nun altında qalaraq öldü

Hadisə

05 İyun 2021 17:31 961


Yevlaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.

Hadisə zamanı VAZ-2115 markalı avtomobillə “Mercedes-Vito” markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn “Mercedes-Vito” Yevlax şəhərindən çıxan VAZ-2115 avtomobili tərəfindən vurulub. Nəticədə “Vito” aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı “Mercedes-Vito” avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib. pizza mizza

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!