Yevlaxda qəza: 1 nəfər öldü, digəri su kanalına düşdü

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda qəza: 1 nəfər öldü, digəri su kanalına düşdü

Hadisə

28 May 2023 20:02 910


Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

İçərisində Bərdə rayon sakinlərinin olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığına aşıb. Sezar pizza

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!