Yevlaxda silahlı erməni tapılıb?   - DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda silahlı erməni tapılıb? - DİN-dən AÇIQLAMA

Kriminal

24 Dekabr 2020 23:40 1560


Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. pizza

Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb.

Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!