Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirildi

Sosial

09 Dekabr 2019 07:02 1099


Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev,  rayonun idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, rayon ictimaiyyətinin, ağsaqallar və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 

"Yeni Sabah"a daxil olan məlumata görə, tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov qeyd etdi ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev əbədiyyətə qovuşdu. 

"Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.  Pepperoni pizza

Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu günkü dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür".

Səhnədəki monitorda Heydər Əliyevin portreti canlandırıldı, sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video görüntülər fonunda əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səsləndi.

Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatdı.                                                   

                                                      

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!