Yevlaxdan Cəlilabada dilənçilik etməyə getdilər

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxdan Cəlilabada dilənçilik etməyə getdilər

Kriminal

08 Avqust 2020 10:00 902


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan “VAZ 21011” markalı avtomobilin sürücüsü, Yevlax sakini C.Bukavadzenin karantin rejimini pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər 2 Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər 3 şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!