Yeyib-içmək məclisi quranlar cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yeyib-içmək məclisi quranlar cərimələndi - Fotolar

Kriminal

16 İyul 2020 09:55 1009


Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb. 

DİN Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi müəyyənləşib. 

Məclis dayandırılıb və iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb. Dominos pizza

Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!