Yığmamız bu gün İngiltərə ilə qarşılaşacaq 

saytların hazırlanması

Evə çatdırılma

Yığmamız bu gün İngiltərə ilə qarşılaşacaq 

İdman

22 Mart 2024 14:19 1068


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. 

Yenisabah.az-ın məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq.

“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək. Sezar pizza

İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşıb. 4-cü sıradakı Azərbaycan millisinin hesabında 3 xal var.

Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

16:00. Azərbaycan – İngiltərə

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).

Bakı, “Qarabağ Arena”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!