Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, cədvəlin ilk "20-liy”ində yığmamızın 7 idmançısı da yer alıb.
Komandamızın heyətində ən yaxşı nəticə Rüstəm Orucova (73 kq) məxsusdur. Olimpiya mükafatçımız öz çəkisində birinci pillədə qərarlaşıb. Onun kimi, 73 kq çəkidə mübarizə aparan Hidayət Heydərovun da yeri dəyişməz qalıb. Həmyerlimiz son siyahıda 6-cıdır. pizza mizza
Cüdoçularımızdan İrina Kinzerska (+78 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Zelim Kotseyev (100 kq) də mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 5-ci, 10-cu, 15-ci və 18-ci pillədədirlər.
Milli üzvlərindən yalnız Məmmədəli Mehdiyev (90 kq) geriləyib. Bir rəqibini özündən irəli buraxan idmançı cədvəldə 4-cü pillədə yer alıb.
Telegram kanalımız