Türkiyə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb.
Üç qolun qeydə alındığı matçda sevinən tərəf Bolu təmsilçisi olub. 2:1 hesablı qələbə “Boluspor”u növbəti mərhələyə daşıyıb. Sezar pizza
Araz bu görüşün iştirakçısı olmayıb. Əksər komanda yoldaşları kimi, onda da koronavirusa simptomları aşkarlanıb.
Abdullayevin sonuncu çempionat matçında da forma geyinməməsinin və millinin toplanışına dəvət almamasının səbəbi də budur.
Telegram kanalımız