“Yıxılanda yanında ağlamamağa çalışıram” – Aktrisanın qızı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Yıxılanda yanında ağlamamağa çalışıram” – Aktrisanın qızı - Video

Şou

04 Mart 2024 15:22 619


Xalq artisti Məleykə Əsədovanın qızı Gülər anası ilə bağlı danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, “O üz” proqramına açıqlama verib.

“Yaxşı sənəti var, aktrisa kimi hamı tanıyır. Ana kimi də qayğıkeşdir. Mən xəstələnmişəmsə, önəmli bir işini dayandırıb, birinci yanıma gəlirdi. Bu, həmişə belə olub. Anamla dost kimiyik. Hər şeyimi bilir. Anam varsa, dostuma niyə deyim?! Dominos pizza

O sözünü unutmuram, deyir ki, nəsə səhv etsən, birinci mənə gəl. Çünki əsəbləşsəm də, günün sonunda ən yaxşı tövsiyəni mən verəcəyəm. Mənsiz yaşaya bilməz. Mənimlə yaşayır. Bəlkə, anam-atam fərqli olsa, anam kimi qayğı göstərə bilməzdilər, onun gətirdiyi yerdə ola bilməzdim.

Mənim üçün həm ana olub, həm ata. Heç vaxt boşluq hiss etməmişəm. Böyüyəndə harasa işləməyə getsəm, onu özümlə apararam. Anamdan danışanda kövrəlirəm. Məsələn, yıxılanda yanında ağlamamağa çalışıram. Çünki o, məndən də çox pis olur. Mən də onun istədiyi kimi biri olmağa çalışıram. Onu həmişə yaşadacağam. Ana, səni çox sevirəm. Bu günə qədər mənə valideyn əskikliyini hiss etdirməmisən. Həmişə yanımda olmusan. Çox sağ ol”, - deyə sənətçinin övladı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!