Yol polisi havaya görə diqqətli olmağa çağırış edir

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi havaya görə diqqətli olmağa çağırış edir

Sosial

13 Avqust 2025 09:47 203


Hazırda Bakıda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd olunub.

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər: Sezar pizza

"Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. İdarə əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!