Yol polisi İsmayıllıda reyd keçirdi, cərimələnənlər var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi İsmayıllıda reyd keçirdi, cərimələnənlər var - Fotolar

Rəsmi

13 Aprel 2021 20:35 722


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!