Yol polisi məşhur türk bloqerdən rüşvət alıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi məşhur türk bloqerdən rüşvət alıb? - Video

Hadisə

15 Dekabr 2023 12:24 1110


Azərbaycanda səfərdə olan türkiyəli bloqer Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib. 

O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib: pizza mizza

“Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.

O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!